Azərbaycan həm də yaşıl enerji sahəsində iri layihələrin icraçısı kimi tanınır- ÖZƏL
24 İyul 2024 15:02 Siyasət"Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumun məhz Şuşada keçirilməsi Azərbaycan tarixinin, mədəniyyətinin, eləcə də, şanlı zəfərinin və azad edilmiş tarixi torpaqlarımızda ölkəmiz tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin təbliği baxımından vacibdir". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Azərbaycanın enerji sahəsində həyata keçirdiyi uğurlu strategiya da Şuşada keçirilən Qlobal Forumda gündəmdə olub. Ölkəmizin başçısı Cənub Qaz dəhlizinin uğurla icra edildiyini, Azərbaycanın Avropa üçün əhəmiyyətli qaz tədarükçüsünə çevrildiyini bildirib. Forumda həmçinin mühüm enerji layihələrin Azərbaycanın təşəbbüsü ilə reallaşmasından bəhs edilib. Azərbaycan enerji sahəsində beynəlxalq layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi qəbul olunur. Bu mənada Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu bütün dünya tərəfindən etiraf edilir. Azərbaycan həmçinin yaşıl enerji sahəsində iri layihələrin icraçısı kimi tanınır. Qarabağ və Şərqi Zəngəzurun, Naxçıvanın yaşıl enerji zonasına çevrilməsi istiqamətindən atılan addımlar görülən işlər bu mənada xüsusi önəmə malikdir. Şuşa forumunda həmçinin cənab Prezidentin Böyük Qayıdışla bağlı atılan sistemli addımlardan bəhs edib".
Alim Hüseynli
Olaylar.az