Dövlət başçısı Şuşa Forumunda Azərbaycanın mövqeyini konkret nümayiş etdirib- ÖZƏL

"Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda dövlətimizin başçısı ayrı-ayrı mövzulara aid sualları cavablayarkən bir çox mühüm məsələlərdə ölkəmizin konkret mövqeyini nümayiş etdirib". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı ölkə başçısı tərəfindən dövlətimizin mövqeyi bir daha ifadə edilib. Ermənistanın sülh müstəvisində öz üzərinə düşən vəzifələrin icrası ilə bağlı konkret istiqamətlər bildirilib. Prezident İlham Əliyevin Forumda iştirakı yerli və xarici media təmsilçilərinin suallarına tutarlı və məntiqli cavabları ilə ölkəmizin post müharibə dövrü perspektivləri, regionda formalaşmış yeni reallıqlarla bağlı yanaşması açıq şəkildə ifadə olunur. Təbii ki, Azərbaycanla yanaşı Qafqazın, Türk dünyasının siyasi ideoloji, mədəni mərkəzi rolu daha da güclənən tarixi Şuşa şəhərində Qlobal Media Forumunun keçirilməsi xüsusi məna kəsb edir".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31