Avropa Azərbaycanı ən etibarlı tərəfdaş hesab edir- ÖZƏL
24 İyul 2024 11:04 Siyasət"Son illərdə, xüsusilə Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin artan nüfuzu, verdiyi sözə əməl etməsi, etibarlı tərəfdaş, regionda söz sahibi olması ilə birbaşa bağlıdır". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədovun sözlərinə görə, bütün bunlar onu deməyə əsas verir ki, bu gün Avropa Azərbaycanı ən etibarlı tərəfdaş hesab edir: "Cənab Prezidentin mötəbər sammitlərdə, konfranslarda çıxışı, irəli sürdüyü təkliflər, bir daha göstərir ki, Prezidenti İlham Əliyev təkcə regional məsələlərdə deyil, qlobal proseslər zamanı da qətiyyətli və ədalətli mövqe nümayiş etdirir.
Bu mötəbər görüşlərdən biri məhs cari ilin 18 iyul tarixində Oksfordda "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantı çərçivəsində "Enerji və bağlantı" mövzusunda dəyirmi masada çıxış edərək Azərbaycan Respublikası ilə Avropa dövlətləri arasındakı hərtərəfli əməkdaşlığa dair məsələlərə diqqət çəkmişdi".
Alim Hüseynli
Olaylar.az