Ölkəmizin beynəlxalq təşkilatlarla əlaqələri yüksələn xətlə inkişaf edir- ÖZƏL

"Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmləndiyi bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Ölkəmizin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir". "Olaylar" xəbər verir ki, bunu YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev deyib: "Xarici siyasət uğurlarımızın davamı olaraq Azərbaycanın ev sahibliyi etdiyi tədbirləin də miqyası olduqca genişdir. Müxtəlif sahələri əhatə edən bu tədbirlərin keçirilməsi üçün paytaxt Bakı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizin, xüsusilə də Qarabağın tacı, türk və islam dünyasının mədəniyyət paytaxtı Şuşanın seçilməsi qürurvericidir. Bu məkandan realllıqlarımızın beynəlxalq ictimaiyyətə çatdırılmasının xüsusi əhəmiyyəti var. Şuşa artıq iki ildir ki, dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya gətirir. İyulun 20-22 tarixlərində keçirilən "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu başa çatsa da dövlət başçısı İlham Əliyevin çıxışı, tədbir iştirakçılarının suallarını cavablandırarkən səsləndirdiyi çağırışlar ölkə və dünya mətbuatında geniş müzakirə edilir".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31