Şuşa Qlobal Media Forumu bir ənənəyə çevrilib- ÖZƏL

"Ənənəyə çevrilən Şuşa Qlobal Media Forumu da reallıqlarımızın təbliği istiqamətində atılan addımların tərkib hissələrindəndir.  İyulun 20-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu keçirildi.  50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynadı". "Olaylar" xəbər verir ki, bunu YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov deyib "Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşada bir çox beynəlxalq tədbirlər keçirilib. Hər bir tədbir  bu məkandan dünyaya səsləndirilən çağırışlarla tarixdə qalıb. Dünyanın müxtəlif ölkələrinin media nümayəndələrini bir araya gətirən beynəlxalq əhəmiyyətli tədbirin artıq ənənəyə çevrilərək mədəniyyət paytaxtımız Şuşada keçirilməsinin  əhəmiyyəti aydındır. İctimai fikrin formalaşmasında yazılı və elektron KİV-lərin rolunu nəzərə alsaq postmünaqişə dövrünün reallıqlarının qəbul olunduğu və həyata keçirildiyi bir zamanda belə Forumların müntəzəm keçirilməsi  özündə vacib məqamları ehtiva edir".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31