London səfəri Azərbaycan üçün çox maraqlı və yaddaqalan oldu- ÖZƏL
23 İyul 2024 12:50 Siyasət"London səfəri Azərbaycan üçün çox maraqlı və yaddaqalan oldu. Cənab Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin toplantısında növbəti dəfə iştirak etməsi və bütövlükdə bu səfər boyunca Azərbaycana xüsusi maraq göstərilməyinin biz şahidi olduq. Yəni, bu gün İngiltərədə keçirilən tədbirdə faktiki olaraq Azərbaycana həm COP- evsahibliyi edən bir ölkə kimi həm də eyni zamanda regionun ən vacib dövləti kimi ciddi diqqət və marağın şahidi olduq".

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Bu baxımdan da burada cənab Prezidentin keçirdiyi vacib görüşləri də xüsusi qeyd eləmək lazımdır. İstər Almaniya kansleri Olaf Şoltsla İlham Əliyevin görüşləri, istər Lüksemburqun baş Naziri ilə aparılan müzakirələr, bütün bunlar Azərbaycanın xarici siyasətinin gələcək konturlarında özlüyündə müəyyən yeni sazişlərin imzalanmasını da ehtiva edir. Bu gün xarici siyasət kursumuzda balanslaşdırılmış xarici siyasət həyata keçiririk. Əslində, Avropa Siyasi Birliyinin artıq dördüncü dəfə gerçəkləşdirilən müzakirələrində Azərbaycanın Avropa İttifaqının üzvü olmaya-olmaya buraya dəvət edilməsi də Qərb strukturlarının bölgəyə Cənubi Qafqaza, xüsusilə Azərbaycana göstərdiyi maraqları özündə ehtiva etmiş olur. İstənilən halda hesab edirəm ki, bu, Azərbaycanın Qərblə münasibətlərini dərinləşdirməyi fonunda dəyərləndirilə bilməz. Biz coğrafiya ilə bərabər məsafəyə malikik, sadəcə olaraq artıq ölkəmizin mövqeləri güclənib. Ona görə də bu tip tədbirlərdə Azərbaycan daimi iştirak edir".
Zeynəb Rzayeva