Azərbaycan qazının Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar yaranır- ÖZƏL

"Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısı çərçivəsində "Enerji və bağlantı" mövzusunda dəyirmi masada çıxışı zamanı Prezident İlham Əliyev yeni tərəfdaşların da olduğuna diqqət çəkərək bildirdi ki, Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Ölkəmiz bir neçə aya Sloveniya bazarına daxil ola biləcək. Azərbaycan yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməyi düşünür. Həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışır. Çünki Azərbaycanın İtaliyaya təchizatı 9 milyard kubmetrdirsə, İtaliyaya ölkəmizdən 20 milyard kubmetr qaz almaq istəyir. Bu, sadəcə, Azərbaycan qazına olan tələbatın bir nümunəsidir".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Cavid Osmanov deyib:

"Avropada interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq. Ölkə başçısı çıxışında qeyd etdi ki, Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunu artıran mühüm amillərdəndir. Azərbaycanın strateji hədəflərindəndir ki, yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qaz tədarük etsin. Bunun üçün ölkəmiz əlindən gələni etməyə çalışır".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31