Böyük Britaniyanın Azərbaycana qarşı münasibəti hər zaman müsbət mənada fərqlənib- ÖZƏL

"Böyük Britaniya və Azərbaycan münasibətləri hər zaman yaxın olub. Hətta  AXC-nin zamanında da Böyük Britaniyanın Azərbaycana qarşı münasibəti hər zaman müsbət mənada fərqlənib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:

"Cənubi Qafqazda 3 müstəqil dövlət qurulduqdan sonra Böyük Britaniyanın regiondakı əsas tərəfdaşı Azərbaycan olub. Həmin münasibətlər hazırda da davam edir. Təbii ki burda enerji sektorunda əməkdaşlıq öncə gəlir. Sevindirici haldır ki, bu, təkcə bu sektorla məhdudlaşmır. İngiltərə və Azərbaycan arasında iqtisadi sahədə də geniş əməkdaşlıq var. Yaxşı haldır ki, hər iki ölkə bu cür iqtisadi əməkdaşlığı siyasi müstəviyə keçirə bilibl. Hazırda  Azərbaycan və Böyük Britaniya arasında çox yaxın siyasi əlaqələr mövcuddur. Rəsmi London Ermənistan məsələsində də çox ədalətli mövqe sərgiləyir və hər zaman Azərbaycanın prinsipial mövqeyini müdafiə edib. Buna görə də ölkələrimiz arasında olan əlaqələr bu gün də yüksək sürətlə inkişaf edir və Cənab Prezidentin London səfəri zamanı keçirdiyi ikitərəfli və çoxtərəfli görüşlər, verdiyi açıqlamalar, həmçinin Britaniya rəsmiləri ilə keçirdiyi görüşlər və verilən mesajlar onu göstərir ki, həm Azərbaycan, həm də Britaniya əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Şübhəsiz ki, bu əlaqələr daha da güclənib, inkişaf edəcək. Böyük Britaniya Avropada Azərbaycana qarşı ən düzgün, ədalətli mövqe sərgiləyən ölkələrdən biridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31