Bu gün Pakistan Asiyanın yüksələn güclərindən biridir- ÖZƏL
22 İyul 2024 20:33 Siyasət"Pakistanla Azərbaycan tarixən yaxşı əlaqələrə malik olmuşdur. Müstəqilliyimizin ilk günlərindən Azərbaycan və Pakistan arasında güclü diplomatik əlaqələr qurulmuşdur".
Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Kazım Kazımov bildirib:

"Ulu öndər Heydər Əliyevin və cənab Prezidentin iqtidarları dövründə bu əlaqələr çox daha yaxşı şəkildə inkişaf etmişdir. Azərbaycan və Pakistan bu gün enerji, iqtisadiyyat, hərbi sahələrdə geniş işbirliyinə sahib ölkələrdir və qardaş Pakistan bu gün Asiyanın yüksələn güclərindən biridir".
K.Kazımov qeyd edib ki, hər gün daha da inkişaf edən ticarəti, hərbi sənayesi ilə Pakistan dünyada tanınır. Pakistan artıq böyük bir regional gücə çevrilib. Eləcə də Azərbaycan bu gün Cənubi Qafqazın lider ölkəsi və regional bir gücdür. İki regional gücün yaxınlaşması əlbəttə ki, sevindirici haldır.
Azərbaycan, Türkiyə və Pakistan- üç ölkənin liderlərinin bir çox sammitlərdə bərabər iştirak edib, bir masa arxasında oturduqlarını vurğulayan siyasi şərhçi bunların hamısının yaxşı münasibətlərdən və regional əməkdaşlıqdan xəbər verdiyini bildirib.
Zeynəb Rzayeva