MSK: "Növbədənkənar parlament seçkilərinə 1 048 nəfər namizədlik üçün müraciət edib"
22 İyul 2024 11:38 SiyasətSentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 1048 nəfər namizədlik üçün müraciət edib.
Olaylar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, onlardan 700-nün namizədliyinin irəli sürülməsi təsdiqlənib.
MSK sədri qeyd edib ki, bütün proseslər axıra çatdırılana qədər seçki məntəqələrindəki vebkameralar fəaliyyət göstərəcək: "1000 məntəqədə vebkamera quraşdırılıb. Bu, aşkarlığın ən yüksək göstəricisidir. Eyni zamanda azad edilmiş ərazilərdə seçki məntəqələri yaradılıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31