Respublikaçılar Baydenin tam istefasını tələb edirlər- ÖZƏL

Olaylar.az pravda.ru-ya istinadən xəbər verir ki, Co Baydenin indiki səlahiyyət müddətinin sonuna qədər hakimiyyətini saxlayaraq prezidentlik yarışından geri çəkilmək qərarı kəskin siyasi böhrana səbəb olub.

Rəqibi namizədliyini geri götürdükdən sonra ilk şərhlərində Donald Tramp onu "ABŞ tarixinin ən pis prezidenti" adlandırıb. O, həmçinin "zərəri tez bir zamanda düzəldə biləcəyini" söyləyib.

Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Conson Baydeni dərhal prezident postunu tərk etməyə çağırıb:

"Əgər Bayden namizəd olmağa layiq deyilsə, deməli o, prezident olmağa da layiq deyil".

Beləliklə, Konqres de-fakto prezidentə tabe olmadığını və onun səlahiyyətlərini inkar etdiyini bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31