Prezidentimiz sübut etdi ki, dövlətin qüdrəti ərazisinin böyüklüyü və əhalisinin sayının çox olması ilə ölçülmür- ÖZƏL

"Londonda Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısı çərçivəsində cənab Prezidentimiz İlham Əliyevin dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlərin, söhbətlərin hamısı millətimiz üçün qürurverici idi. Onlardan iki görüş- Almaniyanın federal kansleri Olaf Şolts və Böyük Britaniya və Şimali İrlandiya Krallığının Kralı Çarlz Filip Artur Mauntbatten-Vindzorla söhbətin mənasının daha dərin olduğu qənaətindəyəm".

"Olaylar" xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib:

"Olaf Şoltsla ona görə ki, Avropa İttifaqının üzvü, G7-nin cərgəsində olan, bir neçə il əvvəl Azərbaycanın Vətən müharibəsinə yanaşmada ədalətsiz mövqe tutan bu şəxs az qala qaçaraq dövlət başçımıza salam verməyə tələsirdi. O anı əks etdirən videokadrlar fəxarət yaradır. 
    G7-nin sıralarında olan, Azərbaycanın haqq işini müdafiə edən, Azərbaycanı özünə köhnə, sınanmış dost hesab edən Britaniya Kralının dövlət başçımızla söhbətinə bir çoxları həsəd aparardı. Sammitdə iştirakı və keçirilən görüşləri ilə cənab Prezidentimiz bir daha sübut etdi ki, dövlətin qüdrəti təkcə ərazisinin böyüklüyü və əhalisinin sayının çox olması ilə ölçülmür. Milləti və dövləti böyük, başını uca edən və qələbələrə aparan rəhbərdir".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31