Dünyanın diqqəti Şuşaya yövəlib- ÖZƏL
22 İyul 2024 10:08 Siyasət"Şuşada "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Qlobal Media Forumu demək olar ki, bütün dünyanın diqqətindədir. Öncə onu deyək ki, elə bu forumun özü Azərbaycana yanaşmada qlobal oyunçuların hay diasporundan da faydalanmaqla reallaşdırdıqları dezinformasiya selinin qarşısını kəsməsə də, effektsizləşdirilməsində az rol oynamır".

"Olaylar" xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyin:
"Forumda dezinformasiyanın təsirinin və əhatə dairəsinin müəyyənləşdirilməsi, süni intellektin burada oyanadığı, oynaya biləcəyi mənfi, müstbət məqamlar, cəmiyyətdə media savadlılığının artırılması və sair mövzular ətrafında fikir mübadiləsi aparılır ki, bunlar belə basqıların təsirinin azaldılmasına yönəlmiş məsələlərdir. Şuşadakı 2-ci Qlobal Media Forumuna dünyanın diqqətini daha çox yönəldən isə təbii ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ona verilən sualları cavablandırarkən səsləndirdiyi fikirlərdi. Onların bir hissəsi məhz həmın qlobal oyunçular haqda idi ki, doğru olduğu qədər də kəskin xarakter daşıyırdı".
Alim Hüseynli
Olaylar.az