Şuşadakı forumun iştirakçıları Füzuliyə gəldilər - VİDEO

Bu gün Şuşada keçirilən "Qlobal Media Forumu" öz işinə başlayır.

Olaylar xəbər verir ki, forumda iştirak edəcək xarici qonaqlar təyyarə ilə Füzuli Beynəlxalq Hava limana enib.

Burada qonaqlar xüsusi avtobuslarda Şuşa şəhərinə yola düşəcək.

Qeyd edək ki, 20-22 iyul tarixlərində təşkil olunacaq forumda 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən, 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun nümayəndəsinin iştirakı nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31