Bunlar hamısı Azərbaycanın apardığı düzgün, balanslı xarici siyasətin nəticələridir- ÖZƏL
19 İyul 2024 21:06 Siyasət"Azərbaycan Prezidentinin London səfəri təbii ki, Avropa Siyasi Birliyinin toplantısında iştirak üçün nəzərdə tutulub, amma eyni zamanda Böyük Britaniyanın baş naziri tərəfindən dəvət əsasında həyata keçirilən bir səfərdir. Təbii ki, bu tədbirdə iştirak və tədbir zamanı yaranmış imkanlardan istifadə edərək bir çox ölkə başçıları və hökumət başçıları ilə görüşlərin keçirilməsi vacib məsələdir".
_(1)_(2)_(1).jpg)
"Dünən Azərbaycan Prezidenti toplantıda enerji məsələləri üzrə çıxış edərək, Azərbaycanın bundan sonra da Avropanın etibarlı enerji tərəfdaşı kimi fəaliyyətini davam etdirəcəyini, o cümlədən COP29-la bağlı fikirlərini və Azərbaycanın mövqeyini açıqladı. Qeyd etdiyimiz kimi, İsveçrənin Macarıstanın, Lüksembuqrun, Finlandiyanın Çexiyanın baş naziri və digər rəsmi şəxslərlə dünən keçirilən görüşlər və bu gün də keçiriləcək görüşlər xüsusi əhəmiyyətə malikdir. Çünki Avropada hal-hazırda Avropa İttifaqının 10-a yaxın üzvü Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə malikdir və bu ölkələrin sayının getdikcə artacağı gözləniləndir. Azərbaycan xarici siyasətdə balanslı siyasət yeritməklə öz maraqlarını müdafiə edir. Hal-hazırda Azərbaycanın qeyd etdiyimiz kimi, əsas ticarət tərəfdaşı Avropa İttifaqı ölkələridir və Azərbaycan ixracatının əhəmiyyətli hissəsi məhz Qərb ölkələrinin payına düşür. O, Azərbaycanın enerji daşıyıcılarının ən böyük alıcıları qərbdədir və bununla paralel olaraq Azərbaycanın Rusiya ilə Çinlə strateji tərəfdaşlıq və müttəfiqlik bəyannamələri, müqavilələr var. Digər region dövlətləri ilə, o cümlədən Pakistan, Türkiyə ilə çox yaxın müttəfiqlik münasibətləri var. Bunlar hamısı Azərbaycanın apardığı düzgün, balanslı xarici siyasətin nəticələridir. Avropa siyasi Birliyi bir daha qeyd etmək istəyirəm, Avropa ölkələrinin müzakirə etdiyi və Avropanın gələcəyi ilə bağlı əsas müzakirələrin aparıldığı formatlardan biridir. Azərbaycanın bu formata dəvət olunması, eyni zamanda, Azərbaycanın Avropa ailəsinin üzvü olduğunu da göstərən bir amildir. Bu səfər Azərbaycan xarici siyasətinə müəyyən uğurlar gətirdi və beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin möhkəmlənməsinə əlavə stimul verəcək. Nəzərə alsaq ki, dünən də Ermənistan baş naziri Azərbaycan prezidenti ilə ikitərəfli görüşdən imtina etdi, bu da uzun müddətdən bəri ermənilərin guya sülh müqaviləsini imzalamağa hazır olduqları ilə bağlı yalanın, piar kampaniyasının ifşası oldu deyə bilərik".
Zeynəb Rzayeva