Azərbaycan dövləti dünya üçün maraqlı, arzuolunan bir dövlətdir - ÖZƏL

"Prezident İlham Əliyevin Londona səfəri, orada ayrı-ayrı görüşlər keçirməsi, eyni zamanda çox böyük bir tədbirdə iştirak etməsi, əlbəttə ki, Azərbaycana olan maraq, Azərbaycana olan istəkdən irəli gəlir". 



Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Prezident İlham Əliyev bir qayda olaraq bu cür tədbirlərə dəvət olunur. Ümumiyyətlə, o, belə tədbirlərdə arzu olunan iştirakçıdır və eyni zamanda tədbirdə iştirakla bərabər onunla tək-tək dünya liderləri görüşməyə can atır və bu London səfərində də belə oldu. Yəni Azərbaycan prezidenti, ümumiyyətlə, Azərbaycan dövləti dünya üçün maraqlı, arzuolunan bir dövlətdir və əlbəttə ki, belə bir dövlətin rəhbərinin də bu cür tədbirlərə dəvət olunması təsadüfi deyil. Ümumiyyətlə, Azərbaycan Güney Qafqazın kilit ölkəsi olaraq bütün dünyanın diqqət mərkəzindədir. Bir tərəfdə görürsünüz ki, Şanxay Əməkdaşlıq Təşkilatı, bir tərəfdən Avropa qurumları, Amerika qurumları Azərbaycanla işbirliyi etmək istəyir, digər tərəfdən də dünyanın Fransız müstəmləkəçiliyindən əziyyət çəkən xalqları nicatı Azərbaycanda görür. 
Yəni bütün bunlar mənə elə gəlir ki, bizim dövlətimizin, eyni zamanda, prezidentimizin nüfuzundan xəbər verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31