Azərbaycan milli maraqlara əsaslanan xarici siyasət yürütməyin ideal modelini təqdim edir- ÖZƏL

"Cənab Prezident İlham Əliyev müsahibələrinin birində bildirmişdi ki, bizim addımlarımız sadəcə Zəfərə istiqamətlənməmişdi, biz ondan sonra da atacağımız addımların nə olduğunu bilirdik. Həm də dövlət başçımızın bildirdiyi kimi Zəfəri qeyd etməyə zaman itirmədən prosesləri idarə etməyə başladıq".


Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Nəticə etibarilə, münaqişədən sonra yürüdülən aktiv xarici siyasət öz bəhrəsini gecikmədən verdi. Azərbaycan Prezidenti Avropa liderləri ilə görüşlər keçirir, ölkəmizin Almaniya, Böyük Britaniya, ABŞ kimi ölkələrlə əlaqələri inkişaf edir. Cənab Prezidentin iş qrafiki, reallaşdırdığı intensiv səfərlər ondan xəbər verir ki, Müzəffər Ali Baş Komandanımız xalqının maraqlarını təmin etmək istiqamətində ardıcıl siyasət həyata keçirir, Azərbaycanın adını, nüfuzunu yüksəkdə tutmaq üçün gecəsini gündüzünə qataraq əmək sərf edir. Yalnız bu ay dövlət başçımızın Astana səfəri, ŞƏT çərçivəsində göstərdiyi səylər, Çinlə imzalanan srateji tərəfdaşlıq sazişi, Astanada Rusiya prezidenti ilə görüşü, Türkiyə-Pakistan formatında əməkdaşlıq, BRİKS-lə münasibətlərin güclənməsi, yeni imkan və fürsət pəncərələrinin aralanması Azərbaycanın gücünün göstəricisidir. Dövlət başçımıza, onun şəxsinə olan ehtiram və etimad ən yüksək səviyyədədir. 
Azərbaycan Prezidentinin reallaşdırdığı xarici siyasət kursu milli maraqlarımızı təmin etməklə yanaşı, heç bir aktora qarşı yönəlməyib. Tam əksinə, bu siyasət tərəflərə uzlaşma əldə etmək üçün istənilən fürsəti yaratmağa hazırdır. Region ölkələri ilə münasibətlərin korlanması məntiqdən uzaq olduğu qədər, konstruktiv inkişafı o qədər yaxın və əsasdır. İranla münasibətlərimizin normallaşması, səfirliyin fəaliyyətinin bərpa olunması bunun əyani göstəricisidir. Mərkəzi Asiya ölkələri ilə münasibətlərimiz daha da gücləndirilir. Əsası odur ki, bu öz kökünə dönüş əsasında heç bir qüvvədən çəkinməyərək reallaşdırılır. Şuşada türk dövlət başçılarının sammitinin keçirilməsi böyük bir coğrafiyaya yayılan türklərin haqq səsidir. Onun səsi Azərbaycan ərazisidən eşidilir, sədası dünyadan gəlir. Azərbaycanın Qoşulmama hərəkatına uğurlu sədrliyi, COP 29 kimi böyük bir tədbirin Azərbaycanda keçirilməsi dövlətimizin gücündən xəbər verir. 
Azərbaycan sadəcə öz regionunda deyil, qlobal kontekstdə geniş iqtisadi ölçüsü və potensialı olan ölkə kimi görünür".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31