Azərbaycan-Pakistan qardaşlığı sarsılmazdır- ÖZƏL
19 İyul 2024 14:16 Siyasət"Azərbaycan və Pakistan böyük keçmişi olan dostluğa sahibdirlər. Pakistan Azərbaycanı ilk tanıyan dövlətlərdən biridir".
.jpg)
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib:
"Vaxtı ilə Pakistanda yoluxucu xəstəlik səbəbindən ciddi problemlər yarananda Hacı Zeynalabdin Tağıyevin ora çox sayda dərman alıb göndərmişdi. Azərbaycanla Pakistanın dostluq tarixinin belə bir dönəmi də var. Digər tərəfdən Pakistan əhalisi təbii ki, müsəlman insanlardan ibarətdir. Hardasa 250 milyona yaxın əhalisi var. Müsəlman əhalisinin sayına görə dünyada İndoneziyadan sonra ikinci yerdədir. Böyük müsəlman dövlətlərindən hesab olunur. Pakistan hər zaman Azərbaycana çox yaxın olub. Xüsusilə də İkinci Qarabağ savaşında Pakistan Türkiyə ilə birlikdə Azərbaycanın yanında olub və dəstəyini əsirgəməyib. Bu baxımdan bu gün Azərbaycan-Pakistan münasibətinə yaxın dost, qardaş dövlətlərin münasibəti kimi baxıla bilər. Təbii ki, Pakistan kifayət qədər yaxşı ordusu olan, bölgədə təsiri, nüfuzu olan dövlətdir. Bu baxımdan da Azərbaycan və Pakistanın qardaşlığı sarsılmazdır. Bu dostluq, yaxınlıq hər iki dövlət üçün faydalıdır".