Deputatlarımız Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri ilə nədən danışıblar?- ÖZƏL
19 İyul 2024 10:51 SiyasətŞimali Kipr Türk Cümhuriyyətində səfərdə olan Milli Məclisin deputatları Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri cənab Zorlu Töreyle görüş keçiriblər. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili Fatma Yıldırım məlumat verib: "Kipr Sülh Əməliyyatının 50-ci ildönümü münasibəti ilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün deputat həmkarlarım Əhliman Əmiraslanov, Hikmət Babaoğlu və Musa Quliyevlə birlikdə Şimali Kipr Türk Cümhuriyyətində səfərdəyik. Səfər çərçivəsində bugün Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri cənab Zorlu Töreyle görüşdük. Görüşdə qeyd olundu ki, Azərbaycanla Şimali Kipr Türk Respublikası arasında yüksək səviyyədə qardaşlıq əlaqələri mövcuddur və bundan sonra da bu əlaqələr daha da güclənəcək".
Alim Hüseynli
Olaylar.az
