Beynəlxalq Azadlıq Cəbhəsinin saytı istifadəyə verildi
18 İyul 2024 18:05 SiyasətBeynəlxalq Azadlıq Cəbhəsinin saytı istifadəyə verilib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, saytın təqdimatı Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan şəxslərin iştirakı ilə Bakıda birinci Qurultay çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi və Fransa müstəmləkəçiliyindən əziyyət çəkən bir sıra dövlətlərin rəsmi nümayəndələrin iştirakı ilə Bakıda keçirilən I Qurultayının yekunlarına dair Beynəlxalq Azadlıq Cəbhəsinin Yaranması Haqqında Bəyannamə imzalanıb.
Sənədi qurultay iştirakçısı olan 14 müstəmləkə dövlətinin təmsilçiləri imzalayıblar.