Beynəlxalq Azadlıq Cəbhəsi müasir dünyada müstəmləkəçiliyə qarşı mübarizədə yeni və güclü silahdır - Abbas Abbasov

Beynəlxalq Azadlıq Cəbhəsi müasir dünyada müstəmləkəçiliyə qarşı mübarizədə yeni və güclü silahdır.

Olaylar.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BİG) icraçı direktoru Abbas Abbasov Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan şəxslərin iştirakı ilə Bakıda birinci Qurultay çərçivəsində keçirilən mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, beynəlxalq azadlıq cəbhəsi bir çox insana ədalətin bərqərar olmasına - müstəqilliyə nail olmağa kömək edəcək.

"Gələcəkdə sayımızın əhəmiyyətli dərəcədə artacağını və müstəmləkə siyasətindən əziyyət çəkən digər xalqların da bizə qoşulacağını düşünürük", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31