Böyük Britaniya BMT Təhlükəsizlik Şurasında Azərbaycanın əleyhinə verilən qərarlara veto qoyan ölkələrdəndir - ÖZƏL
18 İyul 2024 17:40 Siyasət"Azərbaycan prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə "Avropa Siyasi Birliyi"-nin 4-cü Zirvə Toplantısında iştirak etmək üçün İngiltərəyə işgüzar səfərə yollanması mühim hadisədir".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
"Elə əslində göründüyü kimi də dəvət Böyük Britaniya tərəfindən edilib. Bu ilk növbədə Azərbaycan-Böyük Britaniya münasibətlərinin hazırkı mərhələsini göstərir. Ümumiyyətlə, Birləşmiş Krallıq rəsmi Bakıya hər zaman müsbət münasibət göstərib. Burada iki ölkə arasında siyasi, iqtisadi, diplomatik münasibətləri də xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə, Britaniyanın neft şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətləri var və eyni qaydada, Azərbaycan da Britaniya ilə siyasi sahədə mühüm əlaqələr qurur. Heç şübhəsiz ki, Böyük Britaniya BMT Təhlükəsizlik Şurasında Azərbaycanın əleyhinə verilən qərarlara veto qoyan ölkələrdəndir və bu da olduqca mühüm bir hadisədir. Bu mənada da indi Britaniyanın bizi bu tədbirə dəvət etməsi münasibətlərin hazırkı etabının nə dərəcədə müsbət olduğundan xəbər verir. Təbii ki, bu məsələnin bir də digər səbəbləri var. Yəni Azərbaycanın Avropa miqyasında və dünya miqasında sərgilədiyi xarici siyasət və rəsmi Bakının prestiji onu bu tipli mötəbər tədbirlərə dəvət edib. Azərbaycan prezidenti İlham Əliyevin özünün də dünya miqyasında tanınan bir lider olması, xüsusilə 44 günlük müharibə sonrası Dağlıq Qarabağ münaqişəsini bitirən bir lider olması bu tipli tədbirlərdə ona xüsusi yer verilməsinə gətirib çıxarıb. Sülh prosesinin davam etdiyi bir zamanda əslində biz həm Amerika tərəfindən, Avropa mərkəzləri tərəfindən Azərbaycana diqqətin artdığını görürük. Bu da bir növ yekun sülhə yaxınlaşmaqla bağlıdır. Yəni sülh müqaviləsinin imzalamağına nə qədər yaxınıq ki, bu dövlətlər prosesdə iştirak etmək, pay sahibi olmaq və sülhdə iştakçı ölkələrdən olmaq istəyir. Biz Amerikanın fəaliyyətini son zamanlar görürük və Amerikanın, Böyük Britaniyanın bu istiqamətdə fəaliyyətləri onu deməyə əsas verir ki, sülhə yaxınıq və bu ölkələr də sülhdə maraqlıdırlar, rəsmi Bakıya bu istiqamətdə dəstək verirlər".