Uğurlu şəxslərin olacağı təqdirdə parlamentlə bağlı xoş sözlər deyə biləcəyik - ÖZƏL

"İndidən parlament seçkiləri ilə bağlı fikir bildirmək bir az tez olar. Ona görə ki, hələ namizədlərin hamısı tam açıqlamayıb, irəli sürülməyib. Biz ümumi yarışma panikasını tam təsəvvür edə bilmirik". 

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. 

"Bu yaxınlarda hakim Yeni Azərbaycan Partiyasının siyahısı açıqlandı. Şəxsən mən əlbəttə ki, oradakı adların böyük əksəriyyətini ümumiyyətlə tanımıram. Yəni siyasətdə nə rolları olub, nə faydaları olub deyə bir sual verilsə, bununla bağlı cavab verə bilməyəcəm. Amma elə adamlar da var ki, onlar əvvəllər də parlamentdə təmsil olunublar, indi də parlament üzvlüyünə iddia edirlər və namizədlər arasında adlarını görürəm. O cümlədən, məsələn, mənim çox dəyərli həmkarlarım Vüqar Rəhimzadənin adını Yeni Azərbaycan Partiyasının siyasısında gördüm, buna sevindim. Çünki o, əvvəllər deputat kimi uğurlu bir deputat olub və üstəlik də media sahəsində çox uğurlu bir peşəkardır. Eyni zamanda, İlkin Mirzəbəylinin namizədliyinin irəli sürülməsi ilə bağlı xəbəri oxudum, buna da sevindim. Yəni Mətbuat Şurası İdarə Heyətinin üzvü olaraq, media peşəkarı, siyasətçi olaraq daim gündəmdə olan bir adam kimi dövlət, millətə faydalı olacağını düşündüklərimdən biridir. Yəni bu cür şəxslərin olacağı təqdirdə əlbəttə ki, parlamentlə bağlı xoş sözlər deyə biləcəyik. Amma bir daha qeyd edirəm ki, hələlik tam qənaətimizi bölüşə bilmirik. Həm namizədlərin hamısı haqqında məlumatlı deyilik, həm də ki, ortada bir nəticə yoxdur. Heç olmasa, qeydə alınmış, yarışa buraxılmış namizədlərlə bağlı ilkin bilgilər olsaydı, biz nəsə deyə bilərdik. Onu da gözləyək, avqustun 2-dən sonra bu da aydınlaşacaq, onda artıq fikirmizi bildirə bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31