Biz istəyirik ki, dünya xalqları azad, firavan yaşasınlar - ÖZƏL
18 İyul 2024 16:53 Siyasət"Fransanın müstəmləkə siyasətinin bu cür masaya yatırılması və geniş müzakirə edilməsi, əslində qalanda gecikmiş addımdır və təəssüflər olsun ki, bu addımı dünyanın taleyini həll edən böyük dövlətlər vaxtında atmayıblar".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Azərbaycan kimi yeni, müstəqil və nisbətən kiçik dövlət bu yükün altına girir. Fransa 21-ci yüz il üçün ayıb olacaq müstəmləkəçilikdən könüllü şəkildə imtina etməlidir. Amma çox təəssüflər olsun ki, bu dövlət bunu etmir. Hələ Fransanın prezidenti Emmanuel Makron öz ölkəsini və öz xalqını dünyanın gözündən salmağa davam edir. Üstəlik də müstəmləkə altında tutduqları ərazilərdə insanlara zülmü rəva bilir və təbii ki, belə olan halda özü də işğalçılıqdan və müstəmləkəçilikdən, zülmdən əziyyət çəkmiş bir dövlət və xalq olaraq Azərbaycan bu yükün altına girir. Yəni biz istəyirik ki, dünya xalqları azad, firavan yaşasınlar, heç bir xalqın torpağı başqa bir xalq və dövlət tərəfindən işğal altında tutulmasın, bütün xalqlar öz torpaqlarında azad, normal insanlar kimi yaşaya bilsin. Azərbaycanın bu məsələdə atdığı addımlar məhz bununla bağlıdır. Yəni biz müstəmləkə zülmü altında inləyən xalqlar üçün bir nəfəslik rolunu oynamağa çalışırıq. Əlbəttə, dediyim kimi, dünyanın daha böyük gücləri, dövlətləri bu prosesin önündə getməlidirlər. Amma onlar təəssüflər olsun ki, heç bir addım atmırlar və Azərbaycan bu məsələdə öncüllük edir, düz edir və dünyanın normal çərçivəyə oturdulmasına böyük töhfə verir".