Azərbaycan-Ermənistan arasında sülhün əldə edilməsində ABŞ fəallığı- ÖZƏL
18 İyul 2024 14:42 Siyasət"Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə son vəziyyət müsbətə doğru qiymətləndirilə bilər".
.jpg)
Bu fikirləri Olaylar.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib.
"İki ölkənin sərhədlərində hər hansı hərbi aqressivlik, atəşkəs pozuntusu hallarına bir müddətdir ki, rast gəlinmir. Müxtəlif platformalar Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsini dəstəklədiklərini vurğulayırlar. Bölgə ilə bağlı ABŞ son dövrlərdə böyük fəallıq nümayiş etdirir və Azərbaycan-Ermənistan arasında sülhün əldə edilməsi üçün ortaya iradə qoymağa çalışdığını vurğulayır. Azərbaycan-Ermənistan münasibətlərindəki son vəziyyət daha çox ABŞ-nin maraq dairəsində olan bölgə ilə bağlı sülh planlarını özündə ehtiva edir.
Sülh müqaviləsinin imzalanması üçün delimitasiya komissiyaları və müxtəlif işçi qrupları qismində görüşlər davam edir. Bu istiqamətdə bir sıra vacib addımlar atılır. Bir zamanlar çox fəal şəkildə Azərbaycan-Ermənistan danışıqlarında moderatorluğu üzərinə götürən Avropa İttifaqı Şurası bu prosesdə son dövrlər çox da fəal görünmür. Xüsusilə Fransanın Avropa İttifaqı daxilində bu məsələdə də dağıdıcı mövqeyi, təəssüf ki, Aİ-nin prosesdən kənarda qalmasına səbəb olub".
Zeynəb Rzayeva