ABŞ regionda sülhün əldə olunmasında maraqlıdır-Zeynal Əmrəliyev- ÖZƏL

"Açıqlamalardan görünür ki, ABŞ region dövlətləri ilə əməkdaşlığa meyillidir və regionda yeni planları var. Təbii ki, söhbət iqtisadi planlaşdırmadan gedir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"Biz, deyə bilərik ki, ABŞ regionda sülhün əldə olunmasında maraqlıdır. Bu yöndə son zamanlarda ABŞ-nin fəallığına diqqət edilməlidir. Həmçinin ABŞ-nin Azərbaycanla münasibətlərinin istiləşməsinə dair açıqlamalarına şahid oluruq. Münasibətləri istiləşdirməyə çalışırlar. ABŞ-dən kifayət qədər yüksək rütbəli diplomatlar son zamanlarda Azərbaycana gəlir və Azərbaycanla təmaslarını sürətləndirirlər. Artıq ABŞ yaranan yeni reallıqları qəbul etməyə başlayıb və başa düşür ki, Azərbaycan olmadan regionda hansısa iqtisadi layihələrin həyata keçirilməsindən söhbət gedə bilməz. Bunun üçün də Azərbaycanla əməkdaşlıq məsələləri geniş şəkildə öz həllini tapmalıdır. Sülh müqaviləsi imzalanmadan qalıcı sülh mümkün deyil. Bunun üçün də Azərbaycanın Ermənistana irəli sürdüyü tələblər var. Kontitusiyanın dəyişikliyi, Qərbi Azərbaycandan olan soydaşlarımızın öz yurd-yuvasına qayıtması, Zəngəzur dəhlizi, anklav kəndlər məsələsi kimi məsələlər öz həllini tapmalıdır ki, daimi sülh əldə olunsun. ABŞ ilə birlikdə Azərbaycan da daimi sülhün əldə olunmasını dəstəkləyir. Regionda yeni layihələrin həyata keçirilməsini alqışlayırıq. ABŞ kimi dünyanın süpergüc dövlətinin bu məsələdə maraqlı olması çox təqdirəlayiqdir. Cənubi Qafqaza bu şəkildə maraq göstərməsini təqdir edirik. Daimi sülhün əldə olunması üçün onlar da Ermənistan tərəfinə başa salmalıdırlar ki, öz üzərinə düşən öhdəlikləri həyata keçirsin, regionda sülh əldə olunsun, kommunikasiya xətləri açılsın. Bu, hər tərəfə xeyirdir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31