Azərbaycan etibarlı strateji tərəfdaş imici qazanıb- ÖZƏL

"Ermənistan-Azərbaycan münaqişəsinin həllində daim Azərbaycanın mövqeyindən çıxış edən, münaqişənin ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinə tərəfdar çıxan Pakistan da Türkiyə kimi Ermənistan ilə diplomatik münasibətlər qurmamış və yüksək tribunalardan işğalçı Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxarılmasını tələb etmişdir". "Olaylar" xəbər verir ki, bunu YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov deyib: "Qarşılıqlı münasibətlər zəminində Azərbaycan da beynəlxalq platformalarda Kəşmir problemində İslamabadın mövqeyini dəstəkləmiş, beynəlxalq hüquqa uyğun olaraq problemin sülh yolu ilə həllinin vacibliyini vurğulamışdır. Bu gün Azərbaycanın etibarlı strateji tərəfdaşı, dost və qardaş Pakistan müasir dünya siyasətində davamlı yüksəlişə malik olan, iqtisadi imkanları və siyasi qüdrəti ilə fərqlənən aparıcı güc mərkəzlərindən biridir".

Alim Hüseynli 
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31