Naxçıvandan bu namizədlərin deputat olmaq şansı böyükdür- ÖZƏL

Bildiyimiz kimi, 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq ayrı-ayrı şəxslər, partiyalar öz namizədlərini Mərkəzi Seçki Komissiyasına təqdim ediblər. 

Olaylar.az xəbər verir ki, ölkənin ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası (YAP) da 125 namizəd irəli sürüb. 

İyulun 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda ilk olaraq Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədlərin irəli sürülməsi məsələsinə baxılıb. 

Proqnozlarımıza görə, Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar   Naxçıvan Muxtar Respublikasından deputatlığa namizədliyi  irəli sürülmüş 6 nəfərdən 4-nün   deputat olmaq şansı çox yüksəkdir. Bunlar:

Əsgərov Ziyafət Abbas oğlu (Şərur-Sədərək), Novruzov Siyavuş Dünyamalı oğlu (Şərur-Kəngərli), İbrahimov Eldar Rza oğlu(Naxçıvan şəhər), Rəhimzadə Vüqar Gəncəli oğlu(Ordubad-Culfa)dur. 

Qeyd edək ki, bu seçkilər İkinci Qarabağ münaribəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunandan sonra bütün Azərbaycanı əhatə edəcək ilk parlament seçkiləri olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31