Azərbaycana yaxınlığı ilə seçilən ölkələrlə münasibət xüsusi əhəmiyyət daşıyır- ÖZƏL

"Sülhsevər siyasət yürüdən Azərbaycan Respublikası dünyanın müxtəlif qitələrində və regionlarında yerləşən ölkələrlə ikitərəfli faydalı münasibətlər formalaşdırmağa hər zaman xüsusi diqqət ayırır. Çünki yalnız qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri formalaşdırmaqla sosial-iqtisadi inkişafa və xalqın sosial rifah halının yüksəlməsinə nail olmaq olar". "Olaylar" xəbər verir ki, bunu deyən YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynovun sözlərinə görə, bu sırada Azərbaycana öz yaxınlığı ilə seçilən elə ölkələr var ki, onlarla olan münasibətlərimiz xüsusi əhəmiyyət kəsb edir: "Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də Cənubi Asiyada yerləşən  Pakistan İslam Respublikasıdır. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzərində qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir".
Alim Hüseynli 
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31