Bu, Ermənistanın ideologiyasını dəyişmək deməkdir-Vüqar Əhmədov- ÖZƏL
18 İyul 2024 10:37 Siyasət"Ola bilsin ki, Paşinyan konstitusiya dəyişikliyi həyata keçirməzdən əvvəl ortaya nəticələr təqdim etmək, konstitusiya dəyişikliyini axıra saxlamaq istəyir. Bu, onun həm hakimiyyətini uzatmaq, daha da möhkəmlənmək və sonra bu addıma gedəcəyinə bir əsas ola bilər".

Bu fikirləri Nikol Paşinyanın Ermənistan konstitusiyasını dəyişdirməyə başlaması üçün rəsmi Bakıdan iki il vaxt istəməsini Olaylar.az-a şərh edən Vüqar Əhmədov deyib:
"Paşinyan anlayır ki, bu addımı atmaqla həm daxildə, həm dünya erməniliyi tərəfindən ciddi müqavimətlə üzləşəcək, çünki bu dəyişiklik faktiki Ermənistanın yüz illərdi sürən ideologiyasını dəyişmək, artıq qonşulara ərazi iddialarından əl çəkmək demək olacaq. Paşinyan bunu bacararsa, tarixdə Ermənistan ideologiyasında ciddi dəyişikliyə imza atan bir şəxs kimi yadda qalacaq. İndi biz bilirik ki, parlamentdə əksəriyyət Paşinyan tərəfdarları olsa da, Azərbaycanla bağlı gedən proseslərdə ona müqavimət göstərən fraksiya vardır. Ola bilsin, Paşinyan növbəti seçkilərdə daha çox gücləndikdən sonra bu addıma getmək istəyir. İstənilən halda Azərbaycan öz imzasının və qərarlarının arxasında dayanan bir erməni baş nazirinin olmasında maraqlı olmalıdır, lakin iki il də az müddət deyil, bu müddət ərzində biz erməni baş nazirinin bu istiqamətdə real və əməli addımlarının şahidi olmalıyıq".
Qiymət Mahir