Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
26 Aprel 2024 18:17 SiyasətAzərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-dək nəzərdə tutulmuş işlərin 35 faizə yaxını yerinə yetirilib.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatında deyilir.
Bildirilib ki, 28 sərhəd dirəyi quraşdırılıb. İki dövlətin ekspert qruplarının işi davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31