Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"
26 Aprel 2024 16:55 Siyasət"Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir".
Olaylar.az "news.am"a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
O deyib ki, hakimiyyətin qarşısında Ermənistanın yaxın onilliklər ərzində mövcudluğu ilə bağlı həll edilməli olan vacib məsələ dayanır:
"İndi ölkəmizdə həm yol, həm kənd, həm də ev problemləri var. Lakin həll etməli olduğumuz məsələ təkcə bunlarla məhdudlaşmır. Hakimiyyət Ermənistanın yaxın onilliklər ərzində mövcud olub-olmayacağı ilə bağlı suala cavab tapmalıdır. Bizim missiyamız son dərəcə önəmli olan bu mərhələni keçməkdən ibarətdir" - Ermənistan hökumətinin başçısı belə deyib. (apa)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31