Bu hesabatların Azərbaycana heç bir təsiri yoxdur-Zeynal Əmrəliyev- ÖZƏL
25 Aprel 2024 17:11 Siyasət"ABŞ mütəmadi olaraq bu cür hesabatlar dərc edir. Həmin hesabatlar sözsüz ki, ikinci və ya üçüncü dərəcəli Amerika diplomatlarının Amerikanın qərəzli olduğu ölkələrdən topladığı qeyri-peşəkar məlumatlara əsaslanır. Bu cür məlumatlar da ABŞ-ın maraqlarına xidmət edir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:
"Burda ortaya bir sual çıxır. ABŞ özü çoxmu demokratik, insan haqlarına hörmət edən bir ölkədir ki, digər dövlətlərin işlərinə bu şəkildə müdaxilə edərək onlarda insan azadlıqlarının olub-olmaması barəsində bu cür hesabatlar dərc edir? Bu, ümumiyyətlə beynəlxalq hüquq normalarına ziddir. ABŞ-nin nə işinə qalıb ki, hansısa ölkədə insan haqlarının pozulması ya da hansısa məsələ barədə hesabat dərc etsin? Bu, ABŞ-nin özü üçün lazımdır. Bunun heç bir ölkəyə heç bir aidiyyatı yoxdur. Azərbaycan barəsində dəfələrlə saxta hesabatlar dərc etdi. Bunun Azərbaycana heç bir aidiyyatı yoxdur. Azərbaycanı bu cür hesablar maraqlandırmır. Təbii ki, daxildə də buna sevinən qüvvələr var. Azərbaycan xalqı onların rəyi ilə hesablaşmır. Bu, müxtəlif təzyiq metodikasıdır. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra ABŞ və Fransa kimi dövlətlər ölkəmizə qarşı müxtəlif təzyiq metodlarından istifadə etməyə başladılar. Məsələn, bu yaxınlarda Ruben Vardaryanın məsələsi aktivləşib. ABŞ-nin dərc etdiyi bu hesabatlar da Azərbaycan və bu kimi digər ölkələrə təzyiq metodikası kimi istifadə olunur. Bu hesabatların Azərbayacana bir təsiri yoxdur. Həmçinin heç bir hüquqi əsası yoxdur".