ABŞ ölkələri bu hesabatlarla şantaj edir-Əziz Əlibəyli- ÖZƏL
25 Aprel 2024 16:43 Siyasət"ABŞ bu hesabatları vaxtaşırı insan və demokratiya hüquqları adı altında ölkələrə qarşı təzyiq kimi istifadə edir. Və bu günə qədər də qiymətləndirməni birtərəfli qaydada aparıb".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib:
"Məsələn, dünyanın həqiqətən də dörd bir tərəfində əməliyyatlar həyata keçirən, milyonlarla insanın qaçqın düşməsinə səbəb olan özləri ilə bağlı bir kəlmə də olsun hansısa maddə tapa bilmərik. Nə baş verir? 30 il ərzində Azərbaycanın ərazisini işğal edib, əhalisini didərgin, məcburi köçkün salan ermənilərlə bağlı bir dənə də olsun yazı getməyib. Hesabatlarda bir rəqəm belə öz əksini tapmır. Hətta bunlar Gəncəni belə bombalamışdılar. Mülki əhaliyə, döyüş bölgəsindən kənar şəhərlərə zərər vurublar. Maraqlı məqam bundan ibarətdir ki, demək olar dünyada nə qədər ölkə varsa, ABŞ onları həmin Dövlət Departamentinin insan hüquqlarına dair hesabatı ilə şantaj edir. Baxın, Türkiyə KQB-ə qarşı savaşır, terrorla mübarizə aparır. Götürür, Türkiyənin adını indenksi aşağı olan ölkə kimi salır. Azərbaycan terrorizmə qarşı mübarizə aparır. İranın dəstəklədiyi terrorçuları, müxtəlif agentura şəbəkəsini çökdürür. Onları həbs edir. Götürür, Azərbaycanı bu məsələdə dini hüquqların pozulması konteksində Azərbaycanı şantaj edir. Bu cür anlayışlar çoxdur. Məsələnin mahiyyəti bizə məlumdur. Konqres yalnız və yalnız bizə çalışır. Konqresin deputatları erməni lobbisindən maliyyələşir və birmənalı şəkildə ermənilər nə deyəcəksə, konqres də onu açıqlayacaq".