Ruben Vardanyanla bağlı başlanacaq kampaniyanın heç bir məntiqi əsası olmayacaq - ÖZƏL

"Ruben Vardanyanla bağlı təbliğat kampaniyasının başlanması təəccüblü deyil. Əslində bu proses bir müddətdir ki, başlayıb və Qərb dairələrində erməni lobbi diasporası və kilsəsi tərəfindən də aktiv şəkildə icra edilir". 
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
"Görünür, Qərb Azərbaycana indi də bu istiqamətdə təzyiq etməyi düşünür, amma Vardanyan bütün hallarda Beynəlxalq Hüququn və Azərbaycan Konstitusiyasının müvafiq bəndlərini kobud şəkildə pozmuş separatçı terrorçudur və o, Azərbaycanın ərazi bütövlüyünü pozması istiqamətində cəzalandırılır. Belə bir şəxsə Nobel mükafatı verilməsi təklif olunub. Yəni bu nə dərəcədə absurd və gülməli bir mənzərədir ki, bu şəxs özü öz istəyi ilə Qarabağa gəlib, burada separatçılarla təmaslar qurub, separatçı rejiminin daxilində özünə bir "vəzifə" təyin etdirib, daha sonra da elə onların aqibəti ilə üzləşib. Yəni bu şəxs onsuz da bu əraziyə gələndə bunu gözə alıb gəlmişdi və indiki halda Azərbaycanı onun həbsinə nə dair nəsə ittiham etmək və ya kampaniyaya başlamaq əslində o qədər nəticəsi olmayacaqdır. Çünki beynəlxalq hüquqa görə Azərbaycan əraziləri tanınır, Azərbaycanın Konstitusiyası da beynəlxalq hüquqla tamamilə uyğundur və bütün normativ aktlar burada qeyd olunub. Onun həbsi də Azərbaycan qanunları çərçivəsindədir. Yəni bununla bağlı etirazlar varsa, bunu daha böyük instansiyalara təqdim edə bilərlər, amma nəticə dəyişməyəcək. Çünki Azərbaycan Ruben Vardanyanın həbsini qanuni edib və onun əslində səhhəti ilə, axlanma şəraiti ilə bağlı materiallar təqdim olunub. Yəni bu halda onunla bağlı başlanacaq kompaniyanın heç bir məntiqi əsası olmayacaq. 
Ümumiyyətlə, maraqları dəyişən bir şeydir. Vardanyanla bağlı da görünür, hazırda bu proses gedir. Yəni ola bilər ki, onu Rusiya göndərib, regionda Paşinyana alternativ olsun deyə. Amma faktiki olaraq bu gün Rusiya bu şəxsi müdafiə etmir və belə olan təqdirdə onu müdafiə edəcək başqa şəxslər araya girir. Vardanyan hər nə qədər keçmiş Rusiya vətəndaşı olsa belə, o, Qərblə daha çox əməkdaşlıq edirdi və Qərb lobbiləri, diaspor ilə aktiv təmasları var idi. O baxımdan, indi onun Qərbdən dəstəklənməsi, Amerika şirkətlərindən dəstək alması, kampaniyaya başlanılması əslində o qədər təəccüblü deyil. Bu tipli hallarla biz tez-tez üzləşmişik. Bu, bir daha ermənilərin bir yox, birdən çox mərkəz tərəfindən idarə olunduğu və onların maraqlarına xidmət etdiyini göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31