Qərb ölkələrinin Ruben Vardanyana dəstək verməsi özlərinin maraqlarına xidmət edir - ÖZƏL
25 Aprel 2024 15:54 Siyasət"Ruben Vardanyanla bağlı məsələ bir az fərqli xarakter daşıyır".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Ruben Vardanyan əslində hətta Qərb ölkələrində belə çirkli pulların yuyulmasını həyata keçirən şəxs olaraq yadda qalır və bu hətta ABŞ-a da aiddir. Yəni Vardanyan ABŞ-ın da bəzi çirkli pulların yuyulması prosesini həyata keçirir. O baxımdan düşünürəm ki, ABŞ-a qarşı yanaşmada fərqlər var. Ümumiyyətlə böyük dövlətlər kiçik dövlətlər üzərində hökmranlıq və güc imkanlarını qoruyub, saxlamaq üçün müxtəlif vasitələrdən istifadə edir ki, o da həmin ölkədə həm müxalifət içərisində, həm də iqtidar içərisində dəstək verdiyi qüvvələri formalaşdır. Mən düşünürəm ki, Ruben Vardanyanın bu gün belə dəstəklənməsinin arxasında iki əsas səbəb var: 1) Ruben Vardanyan bu gün faktiki olaraq terrorçu fəaliyyətləri, terrora dəstək verdiyi faktla əlaqədar olaraq Azərbaycan dövləti tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində saxlanılaraq həbs edilib və ona qarşı cinayət işi açılıb. Bunu Azərbaycana təzyiq elementi kimi istifadə etməyə çalışırlar; 2) Ermənistanda Paşinyan hökumətinə qarşı bundan istifadə etməyə çalışırlar. Çünki əgər Paşinyan hansısa formada Qərbin tabeliyindən çıxıb üzünü Rusiyaya tərəf çevirərsə, o zaman Paşinyana Ruben Vardanyan vasitəsilə daha rahat təzyiq etmək mümkün olacaq.
O baxımdan düşünürəm ki, Qərb ölkələrinin Ruben Vardanyana dəstək verməsi, əslində özlərinin maraqlarına xidmət edir, özlərinin siyasətini formalaşdırmağa çalışırlar. Bu təbliğat maşınını işə salsalar da, reallıq ondan ibarətdir Kİ, Ruban Vardanyan faktiki olaraq Azərbaycan ərazisinə qanunsuz gəlib, qanunsuz fəaliyyət göstərib, terrorçuluq fəaliyyətilə məşğul olub. Ona görə də Ruben Vardanyan cinayət məsuliyyətinə cəlb edilib və həbs edilib. Bu gün də o, ədalət mühakiməsi qarşısında cavab verir".