ABŞ-nin insan haqları ilə bağlı hesabatları ABŞ dövlətinin maraqları çərçivəsində hazırlanır - ÖZƏL

"ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı hesabatları hər il bir qayda olaraq ABŞ dövlətinin maraqları çərçivəsində hazırlanır".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Orada verilən açıqlamalar, düşünmürəm ki, tam olaraq həqiqəti əks etdirir. Ola bilsin, bəzi nüanslarda bəzi dövlətlərə qarşı münasibətlərdə balansı və yaxud da real vəziyyəti əks etdirə bilər. Amma ümumilikdə, verilən açıqlamaların, hazırlanan hesabatların tam reallığı əks etdirdiyini düşünmürəm. Çünki ABŞ dövləti, hətta elə dövlətlər var ki, onlarla münasibətləri korlamamaq xatirinə həmin dövlətlərdə baş verən insan haqlarının pozuntularını belə görməzdən gəlirlər və yaxud da elə dövlətlər var ki, ABŞ dövlətinin marağına uyğun gəlmirsə, o zaman həmin dövlətlərə qarşı münasibətdə qərəz nümayiş etdirirlər və reallıqdan uzaq açıqlamalar verirlə. Bu baxımdan düşünürəm ki, biz ABŞ Dövlət Departamentinin yaydığı 2023-cü il insan haqları hesabatını tam olaraq real qəbul etməyimiz doğru olmazdı və orada, ümumiyyətlə, insan haqları ilə bağlı məsələnin təməl prinsiplərinə yanaşmaların özü belə hardasa reallığı əks etdirmir. O baxımdan düşünürəm ki, verilən bu açıqlamalar, yəni hesabatlar Azərbaycan dövləti üçün prioritet hesab edilə bilməz". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31