Azərbaycana təzyiq etmək məsələsi gələndə, bu qüvvələr hamısı birləşir- ÖZƏL
25 Aprel 2024 15:57 Siyasət"Ruben Vardanyanı gah deyirlər, Nobel mükafatına təqdim edərək, gah da onunla bağlı təbliğat kompaniyası başladırlar".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Mübariz Göyüşlü deyib.
"Bir məqam var ki, Qarabağ məsələsi və yaxud Azərbaycanla, türk, İslam milləti ilə bağlı məsələlər ortaya gələndə, sanki Qərb də, Rusiya da hamısı birləşirlər. Məsələn, indi biz Vardanyanı Rusiyadan göndərilən, Rusiya vətəndaşı şəxs kimi onu görmüşdük, tanıyırdıq. Görürsünüz ki, məsələn, Vardanyanın təbliğatı məsələsində Qərbin müəyyən PR şirkətləri də bu məsələyə qoşulub. Ona görə mən düşünürəm ki, onların bir məqsədi var, bu da Azərbaycanla bağlı olan məsələni qabartmaq, yaxud Azərbaycana təzyiq etməkdir. Azərbaycana təzyiq etmək məsələsi gələndə, bax bu qüvvələr hamsı birləşirlər".