Bunlar çox müsbət tendesiyadır-Zeynal Əmrəliyev- ÖZƏL
23 Aprel 2024 21:07 Siyasət"Rusiyadakı görüşdə Azərbaycan və Rusiya arasında ticarət əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi də aparıldı".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:
"Yay ayları gəlir və Azərbaycandan Rusiyaya kənd təsərrüfatı mallarının ixracatında artım gözlənilir. Ara-sıra problemlər yaşanılır və bu problemləri aradan qaldırmaq üçün belə əməkdaşlıq mühitinə ehtiyac var. Eyni zamanda iki ölkə arasında olan bəzi məsələlər barədə də fikir mübadilələri oldu. Moskvada baş verən terror aktından sonra miqrantlara qarşı bir sıra sərt addımlar atılmışdı. Rusiyada da böyük azərbaycanlı kütləsi var. Orda azərbaycanlıların sayı 3 milyondan çoxdur. Onların təhlükəsizliyinin təminatı, iş qrafikinin müəyyənləşdirilməsi də müzakirə edildi.
Baykal-Amur dəmiryolu xəttinin işçiləri ilə görüş keçirildi. Bu dəmiryolu xətti Rusiyanın "şah damarı" hesab edilir. Bu dəmiryolu xəttinin müəllifi Ulu Öndər Heydər Əliyev idi. Putin Prezident İlham Əliyevə öz minnətdarlığını bildirdi ki, bu dəmiryolu xəttinin əsas memarı atanızdır. Bu xətt hazırda Rusiya üçün böyük əhəmiyyət daşıyır.
Bunlar çox müsbət tendesiyadır və Rusiya cəmiyyətində Azərbaycanın, Prezident İlham Əliyevin nüfuzunun nə qədər yüksək olduğunu dünyaya bir daha nümayiş etdirdi. Azərbaycan və Rusiya əlaqələri bundan sonra da öz inkişaf səviyyəsində olacaq. İki ölkə arasında hal-hazırda güclü əməkdaşlıq mühiti qurulub və bu əməkdaşlıq mühiti sonrakı vaxtlarda da davam edəcək".