Qazaxın azad olunmuş kəndində bayrağımız ucaldıldı- VİDEO

Qazaxın azad olunmuş kəndində bayrağımız ucaldıldı

Azərbaycanda yenə tarixi anlar yaşanır. Artıq  ordumuz Bağanis Ayrım kəndi yaxınlığında mövqelərdə yerləşməkdədir. Azərbaycanla Ermənistan arasında ilk sərhəd sütunları da basdırılıb . Beləliklə Azərbaycan-Ermənistan sərhədində ilk dirəklər quraşdırılıb.

Qeyd edək ki, sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə razılaşmalar əldə edilib.

İki ölkənin ekspert qrupları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. Bununla da  Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, iki ölkənin ekspert qrupları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi reallaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31