İki ölkə arasında mühim irəliləyişlər olacaq-Zeynal Əmrəliyev- ÖZƏL

"Prezident İlham Əliyevin Rusiyaya səfəri  iki dövlət arasındakı münasibətlərin inkişafı baxımından olduqca əhəmiyyətli idi. Keçirilən görüşlər, verilən bəyanatlar da ölkələrarası münasibətlərin necə yüksək səviyyədə olduğunu bir daha göstərdi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:

"Bu, təkcə iki ölkənin münasibətlərinə aid deyildi. Həmçinin liderlərin arasında regional əməkdaşlıq mühitinin qurulması, əməkdaşlığın daha da genişləndirilməsi barəsində fikir mübadiləsi aparıldı. Ümumi Qafqaz regionunda sülhün, əminamanlığın və təhlükəsizliyin qorunması istiqamətində də mühüm açıqlamalar verildi. Həmçinin Qarabağ məsələsi, Azərbaycandan çıxarılan rus sülhməramlıları ilə bağlı da fikir mübadilələri aparıldı. Yəni mühüm irəliləyişlər olacaq. Həmçinin Azərbaycan-Ermənistan sərhəddində olan delimitasiya məsələsi ilə bağlı mühüm irəliləyişlər gözlənilir. Yəqin ki, bir müddət sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın da Moskvaya səfəri gözlənilir. Bu səfərlərdən sonra  Azərbaycanla Ermənistan arasında delimitasiya prosesində irəliləyişlər gözlənilir. Məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasındakı razılaşmaya əsasən Sovet İttifaqı dağıldığı ərəfədəki sərhədlər əsas götürüləcək. Yəni yeni sərhəd olmayacaq, həmin sərhədlər əsas götürüləcək. Sovet İttifaqının dövründə olan sərhəd xətləri də Rusiya Baş Qərargahında saxlanılır. Ola bilər ki, burda Rusiyanın köməyindən istifadə edilsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31