Prezident İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik
23 Aprel 2024 17:37 SiyasətBiz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.
Dövlətimizin başçısı fikrini belə əsaslandırıb: "Çünki Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın - Avropa və İslam sivilizasiyalarının dəyərlərini böyük dərəcədə qəbul edib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31