ABŞ Kongresi dünya xalqlarının təhlükəsizliyi üçün əsas təhdid mənbəyidir- ÖZƏL
23 Aprel 2024 17:20 Siyasət
"ABŞ sanksiya siyahısında general Hikimət Mirzəyevi qeyd etməsi, bu ölkənin nə qədər avantürist olduğunu göstərir". "Olaylar" xəbər verir ki, bunu MCP Başqan müavini Məhəmməd Əsədullazadə deyib: "ABŞ Konqresində hazırlanan qətnamə layihəsinə Azərbaycan hərbiçilərinə qarşı xüsusilə Quru Qoşunlarının komandanı general -leytnant Hikimət Mirzəyevin adının salınması ləyaqətsizlikdi və erməni lobbisinin təlimatı əsasında həyata keçirilib. Bu ABŞ yalnız öz maraqları çərçivəsində siyasət yürütdüyünün bariz nümunəsidir. Azərbaycanın nə qədər ABŞ etimad etmədiyində haqlı olduğunu sübut edir.
Hikimət Mirzəyev siyasətdən kənar hərbiçidir. İşğalçılara qarşı döyüşüb. ABŞ generallarından fərqli olaraq müharibə cinayətləri törətməyib. ABŞ generalları İraqda, Əfqanıstanda, Suriyada beynəlxalq hüququ kobud surətdə pozaraq müharibə cinayətləri törədib. Bu məntiqlə Azərbaycan da İraqa hücum edən ABŞ hərbçiləri barədə cinayət işi aça bilər. ABŞ beynəlxalq hüququ zidd olaraq İraqa hücum edib. Azərbaycan isə, BMT qətnamələri əsasında öz ərazilərini işğaldan azad edib. Bu qətnamə Vaşinqtonun riyakar və Azərbaycan xalqına qarşı ikiüzlü siyasətidir. Erməni lobbisinin diqtəsi ilə hərəkət ABŞ Kongresi dünya xalqlarının təhlükəsizliyi üçün əsas təhdid mənbəyidir".