Ermənistanın razılığa gəlməkdən başqa şansı yox idi- ÖZƏL
23 Aprel 2024 17:12 Siyasət"Əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır. Növbəti mərhələlərdə görüləcək işlərlə bağlı isə yeni görüşlər planlaşdırılır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sevinc Fətəliyevanın sözlərinə görə, ilkin mərhələdə qeyri-anklav kəndlərin məsələsinin həllinin ön plana çıxarılması ölkəmizin bu məsələdəki açıq mövqeyinə bir daha işıq salmış oldu: "Əvvəlki görüşlərdə qarşı tərəfin bəzi hallarda qeyri-adekvat mövqe sərgiləməsinə baxmayaraq, ölkəmiz qəti şəkildə birmənalı yanaşmasını ortaya qoymuş oldu. Azərbaycan öz torpaqlarını güzəştə getməyəcəyini və sona qədər bu məsələnin həllinə nail olacağını bütün təmaslar zamanı dilə gətirdi. Ölkəmizin məsələyə baxışı tam şəkildə beynəlxalq hüquqa əsaslanır - bu mənada, Ermənistanın razılığa gəlməkdən başqa hər hansı bir şansı yox idi".