Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq
23 Aprel 2024 15:43 SiyasətBiz öz sədrliyimizə (COP29-a - red.) nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu vacibdir.
Olaylar xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışı zamanı səsləndirib.
Dövlətimizin başçısı vurğulayıb ki, biz buna (Azərbaycanın COP29-a sədrliyinə - red) həm də ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxırıq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31