Milli Məclisin deputatı Beynəlxalq Astronavtika Federasiyasının yaz sessiyasında iştirak edəcək
19 Mart 2024 17:51 SiyasətMilli Məclisin deputatı Vüqar Bayramov Beynəlxalq Astronavtika Federasiyasının yaz sessiyasında iştirak etmək üçün martın 25-də Fransanın Paris şəhərinə səfər edəcək.
Sessiyada kosmos fəaliyyətinin əhəmiyyəti, onun qlobal problemlərin azaldılması səylərinə töhfə vermək imkanları müzakirə ediləcək, fikir mübadiləsi aparılacaq.
Səfər martın 29-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31