Fransa başdan ayağa terror zehniyyətinə malik olan ölkədir-Tural İsmayılov- ÖZƏL

"Bu gün Fransanın neofaşizmi tamamilə inkişaf etdirdiyini söyləyə bilərik". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylara açıqlamasında bildirib:

"Çünki, Fransa başdan ayağa terror zehniyyətinə malik olan ölkədir. Fransanın öz kaloniyalarının başına açdığı oyunlar bəllidir. Ona görə də belə bir ölkənin etdiyi təxribat əməllərinin nəticəsini də biz çox yaxşı görürük. İstənilən halda bu gün Fransanın terrorçulara, təxribatçılara, neofaşistlərə dırnaqarası sayğı duyması, onları şişirdib onları kult halına gətirməsi hadisəsi baş verir və bu gün Soqomon Teyrilyan da daxil olmaqla bir çox separatçıların, terrorçuların, neofaşistlərin Fransada mütləqləşdirilməsi, ilahiləşdirilməsi cəhdləri Ermənistan Fransanın dünyanın qəbul edilməyən ideologiyalarına dırnaqarası necə sahib çıxdığını göstərmiş olur. Böyük bir ayıbdır ki, Aİ ölkələri də Fransanın bu vandalizminə konkret mövqe ortaya qoymalıdır. Amma təəssüf ki, biz beynəlxalq birlikdən bu tip iyrənc iqbal addımlara qarşı hansısa layiqli və lazımlə addımları da gözləyə bilmərik. Bunu da açıq etiraf etmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31