Dünya birliyi Azərbaycana mühüm əhəmiyyət verir- ÖZƏL

"Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində dünyada söz sahibinə və güc mərkəzinə çevrilən Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib. Dövlət başçısının yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər"."Olaylar" xəbər verir ki, bunu YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova deyib:

"Martın 14-də Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumunun öz işinə başlaması Azərbaycanın müasir dünyadakı yeri və rolunu əks etdirir. Təbii ki, ölkəmizdə belə bir mötəbər Forumun keçirilməsi hər şeydən öncə dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu göstərir. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır. Forumun paytaxtımızda keçirilməsi göstərir ki, qlobal aləm, dünya birliyi Azərbaycana, onun çağdaş dünyamızdakı yeri və roluna mühüm əhəmiyyət verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31