Azərbaycanla NATO arasında olan tərəfdaşlıq müsbət xarakterizə edilir- ÖZƏL

"Azərbaycan - NATO münasibətləri 1992-ci ilin martında ölkəmizin bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sevinc Hüseynova deyib: "Eyni zamanda Şimali Atlantika İttifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası 1994-cü ildə qoyulub. Məhz ulu öndər Heydər Əliyevin 4 may 1994-cü ildə Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan "Sülh naminə tərəfdaşlıq" (SNT) sazişini imzalanıb. Elə həmin dövrdən başlayaraq NATO-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün şərait yaranıb. 1996-cı il aprel ayının 23-də yenidən Brüsselə səfər edən Prezident Heydər Əliyev "Sülh naminə tərəfdaşlıq" sənədinə qoşulmaq barəsində təqdimat sənədini NATO-nun Baş katibi Xavyer Solanaya təqdim edib. Prezident İlham Əliyev martın 17-də ölkəmizdə səfərdə olan NATO-nun baş katibi Yens Stoltenberq birgə mətbuata verdiyi bəyanatında da bir çox vacib məsələlərə toxunulub. Ölkəmizin başçısı qeyd edib ki, Azərbaycanın NATO ilə aparılan dialoqu uğurla davam edir. Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi mövcuddur. Bu müddətdə Azərbaycanla NATO arasında olan tərəfdaşlıq müsbət xarakterizə edilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31