Stoltenberq Azərbaycan və Ermənistana ÇAĞIRIŞ EDİB

NATO baş katibi Yens Stoltenberq Ermənistanın baş naziri Nikol Paşinyanı tez bir zamanda sülh sazişi imzalamağa çağırıb.

Olaylar xəbər verir ki, Stoltenberq bu barədə İrəvanda Paşinyanla birgə mətbuat konfransında deyib.

O, Cənubi Qafqazda sabitliyin əhəmiyyətinin müzakirə olunduğunu bildirib.

"Ermənistan və Azərbaycan uzun illər çəkən münaqişədən sonra bu gün davamlı sülhə nail olmaq imkanına malikdir. Bu səbəbdən münasibətlərin normallaşmasına və xalqlarınız üçün davamlı sülhə yol açan razılaşmanı imzalamağa çağırıram", - o deyib.

Xatırladaq ki, NATO-nun Baş katibi Yens Stoltenberq Ermənistan səfərindən əvvəl, martın 17-də ilk dəfə Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Baş katib Yens Stoltenberqin Azərbaycana səfəri martın 18-də başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31